Partlayışda yaralananlar bu məşhur idmançının valideynləri imiş

saytların hazırlanması

Evə çatdırılma

Partlayışda yaralananlar bu məşhur idmançının valideynləri imiş

Hadisə

03 Dekabr 2024 09:52 1165


Xəbər verdiyimiz kimi, Abşeronda fərdi yaşayış evində partlayış olub.

Musavat.com-a daxil olan məlumata görə, partlayış Novxanı bağları deyilən ərazidə, mərhum şahmatçı Vüqar Həşimovun valideynlərinin yaşadığı fərdi yaşayış evində baş verib.

Partlayış baş verəndən sonra əraziyə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Partlayış nəticəsində fərdi yaşayış evi tamamilə dağılıb. pizza mizza

Evin dağıntıları altından mərhum şahmatçının valideynləri Qasım və Aidə Həşimovalar çıxarılaraq xəstəxanaya çatdırılıb. Hazırda partlayışın səbəbi aydınlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!