“Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir” - Seysmoloq

saytların hazırlanması

Evə çatdırılma

“Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir” - Seysmoloq

Hadisə

04 İyul 2021 23:50 827


“Partlayışın alovla çıxması onu göstərir ki, bu, palçıq vulkanının püskürməsidir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, partlayışla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşların ilə birgə müşahidə aparılır: pizza hut

“Burada partlayışın müddəti və yalnız alovla çıxması palçıq vulkanının püskürməsinə işarə edir. Çünki nə Xəzərdəki platformalarda, nə dənizdəki quyularda, eləcə də Xəzərdəki gəmilərdə hər hansı bir qəza qeydə alınıb. Xəzərdə çoxlu sayda palçıq vulkanları var. Onlardan birinin püskürməsi səbəbindən partlayış olub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!