“PAŞA Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

“PAŞA Bank”ın İdarə Heyətinə yeni sədr təyin edildi

İqtisadiyyat

10 İyun 2022 14:43 1878


Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ASC-nin İdarə Heyətinin tərkibində aparılmış dəyişikliklər qüvvəyə minib. 

Bankdan "Report"a bildirilib ki, Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə təyin edildiyindən, “PAŞA Bank”ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdır. “PAŞA Bank”ın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə Bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilmişdir.

Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, 9 iyun tarixindən etibarən C.Quliyev “PAŞA Bank”ın Baş İcraçı direktoru və İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. pizza mizza

Qeyd edək ki, C. Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 23 fevral 2016-cı ildə isə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Cavid Quliyev 2022-ci il aprelin 12-dən etibarən “PAŞA Bank”ın İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!