“PASHA Bank Georgia“nın Müşahidə Şurasına yeni sədr təyin olundu

“PASHA Bank Georgia“nın Müşahidə Şurasına yeni sədr təyin olundu

İqtisadiyyat Veb saytların hazırlanması

14 Sentyabr 2023 11:53 783


"PAŞA Bank"ın Gürcüstan törəməsi "PASHA Bank Georgia"nın rəhbərliyinə yeni təyinatlar olub. 

Yenisabah.az bildirir ki, "APA-Economics"in bankdan əldə etdiyi məlumata görə, bu il sentyabrın 12-də Rövşən Allahverdiyev törəmə bankın Müşahidə Şurasının (MŞ) sədri təyin edilib. O, bu vəzifədə Fərid Məmmədovu əvəz edib. Rövşən Allahverdiyev bundan əvvəl, bu ilin iyun ayında "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta" şirkətlərinin Direktorlar Şurasının sədri, eyni zamanda "Kapital Bank"ın Müşahidə Şurasının sədri təyin edilib. 

Paralel olaraq, Kəmalə Nuriyeva "PASHA Bank Georgia"nın Müşahidə Şurasının üzvü seçilib. O, bank və biznes idarəçiliyində 27 ildən artıq təcrübəyə malikdir. 2007-ci ildən etibarən "PAŞA Group"a daxil olan şirkətlərdə, o cümlədən "PAŞA Bank"da təmsil olunub. 

Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı "PASHA Bank Georgia"ya fəaliyyət lisenziyası verib. Bankın səhmlərinin 90,2%-i "PAŞA Bank"a, 9,79%-i isə "PAŞA Holdinq"ə məxsusdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!