“Pasifist şüarlar daha seksualdır“ - Armen Qriqoryan

saytların hazırlanması

Evə çatdırılma

“Pasifist şüarlar daha seksualdır“ - Armen Qriqoryan

Rəsmi

08 Avqust 2022 17:26 1257


“Aydındır ki, müxalifət və iqtidar rolunda olan şəxs hadisələrə başqa cür baxır. Amma güclü müxalifətçi hakimiyyətə gələndə əvvəlki həyatını, əvvəlki açıqlamalarını, bundan əvvəl müdafiə etdiyi prinsipləri xatırlamalıdır”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrinin məqaləsində qeyd olunub.

Erməni nəşri mövzunu belə davam etdirib: Marqarita pizza

“Məlum oldu ki, “Vətəndaş Müqaviləsi” üzvləri hakimiyyətə gələndə dediklərini, təbliğatlarını tamamilə unudublar. Üstəlik, bu gün deyilən hər söz əvvəllər deyilənlərlə ziddiyyət təşkil edir.

İnternetdə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 2014-cü ildə hələ müxalifət olarkən profilində yerləşdirdiyi və müxtəlif KİV-lərdəki köhnə yazılarından birini tapdıq. 

Hazırkı hakimiyyətin xarici siyasətinin əsas simalarından və sülh dövrünün ilk tərəfdarlarından olan Armen Qriqoryan həmin yazısında “hər hansı pasifist hərəkatın əvvəldən uğursuz olacağını” bəyan edir. O, sülhsevər Artur Nevil Çemberlenin (Böyük Britaniyanın keçmiş Baş naziri – red.) İngiltərəyə fəlakətli müharibə gətirdiyini misal çəkib. İndi isə əslində, Nikol Paşinyanla öz fikirlərinə qarşı çıxır. Ən əsası, TŞ rəhbəri deyir ki, “sülhün yeganə təminatı qüvvələr balansıdır və tarazlığı təmin etmək üçün müharibəyə hazırlaşmaq lazımdır”. 

"Qriqoryan bu mövzuda zarafat etməyi də unutmayıb: "Bəli, doğrudur, pasifist şüarlar daha seksualdır, lakin daha fəlakətlidir", - deyə nəşr qeyd edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!