Paşinyan: Azərbaycana yol verməyə hazırıq, İranın şərtilə

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Azərbaycana yol verməyə hazırıq, İranın şərtilə

Siyasət

18 Sentyabr 2024 14:39 502


“Sülh kəsişməsi” proqramına əsasən, yollar Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına xələl gətirmədən, yan keçmədən, zərər vurmadan işləməlidir.

Yenisabah.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib.

“Biz regional kommunikasiyaların açılmasından danışanda Azərbaycanın reaksiyası belə oldu: Ermənistan bunu istəmir, biz İran ərazisindən layihələr həyata keçirəcəyik. Dominos pizza

Əvvəla, mən bir daha rəsmi şəkildə qeyd etmək istəyirəm ki, Ermənistan İranla eyni keçidi məhz eyni şərtlərlə təmin etmək istəyir və bunu etməyə hazırdır. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini də istisna etmirik və bunu ikitərəfli yanaşmanın məntiqi kimi qəbul edirik.

Sosial şəbəkələrimizdə deyirlər ki, bu yolun açılması növbəti xəyanət olacaq. Yəni deməliyik ki, biz Azərbaycandan Naxçıvana öz ərazimizlə getməyə icazə vermirik? Bunda hansı məntiq var? Bunu deməyə nə ehtiyac var? Bu yolla hansı problemi həll edirik?

Əksinə, biz səmimi və şəffaf şəkildə deyirik ki, bunu təmin etməyə hazırıq. Biz, əlbəttə, onun İrandan keçməsinin əleyhinə deyilik, lakin bir daha təsdiq edirik ki, eyni şərtlərlə hər şeyi təmin etməyə hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!