Paşinyan: “2 əsgərimiz ölüb”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “2 əsgərimiz ölüb”

Rəsmi

15 İyul 2021 13:30 1966


“Son 2 ayda Ermənistan-Azərbaycan sərhədində 2 hərbçimiz ölüb”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu hökumət iclasında Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

O əlavə edib: “Qurbanların ailələrinə və yaxınlarına başsağlığı verərək, KTMT-dəki həmkarlarımızın, ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətini bu fakta yönəldirəm". Dördpendirli pizza

Paşinyanın sözlərinə görə, beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq edərək rəsmi İrəvan indiyədək 104 hərbi əsiri qaytara bilib. Bütün hərbi əsirlərin geri qaytarılması, Qarabağ məsələsinin hərtərəfli həlli, sərhədlərin delimitasiyası və demarkasiyası, regional kommunikasiyaların açılması üzərində işimizi davam etdirəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!