Paşinyan 44 günlük müharibədə itkin düşən ermənilərdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan 44 günlük müharibədə itkin düşən ermənilərdən danışdı

Rəsmi

07 Aprel 2022 16:35 715


"44 günlük müharibədən sonra 208 nəfərin harada olduğu bilinmir".

Yenisabah.az Aysor-a istinadla xəbər verir ki, Ermənistan hökumətinin bugünkü iclasında baş nazir Nikol Paşinyan deyib. O bildirib ki, Brüsseldə regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub və bu barədə müəyyən yanlış şərhlər qeydə alınıb.

Azərbaycan və Ermənistan rəhbərləri həll yollarını tapmaq üçün işi davam etdirmək barədə razılığa gəliblər. Humanitar məsələlər müzakirə olunub. pizza mizza

Avropa İttifaqı Şurasının sədri əsirlikdə olanların hamısının azad edilməsinin vacibliyini vurğulayıb.

“Biz itkin düşənlərin taleyini öyrənmək üçün əməkdaşlıq imkanlarını da müzakirə etdik. Nəzərinizə çatdırım ki, iki Artsax (Qarabağ) müharibəsindən sonra bizdə 985 naməlum insan var, 208 nəfər 44 günlük müharibədən, 777 nəfər birinci Artsax müharibəsindəndir.” "Biz onların taleyini öyrənmək üçün işi davam etdirməliyik", - deyə Ermənistan baş Naziri bildirib.

 Cavad Salmanli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!