Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? – SENSASİON DETAL

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan 6 il əvvəl Bakıya nə söz verib? – SENSASİON DETAL

Siyasət

08 İyul 2024 23:15 1057


“Paşinyan Ermənistanda Bakının paketləyicisi kimi işləyir”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şahnəzəryan deyib.

“O çalışır ki, Bakının tələbləri erməni ictimaiyyətində daha az müqavimətlə üzləşsin. Məsələn, Əliyev konstitusiya dəyişiklikləri məsələsini qaldıranda Paşinyan dərhal təsdiqləməyə başlayır ki, onlar bunu hələ 6 il öncədən planlaşdırırdılar” – deyə o bildirib. pizza mizza

Onun sözlərinə görə, Əliyevin Paşinyanı konstitusiya dəyişikliyinin təmini üçün dəstəkləməyə hazır olduğuna və növbəti 6 ayda ona Kərkinin geri qaytarılması məsələsini qaldırmaqla problem yaratmayacağına dair informasiya var:

“Yeni konstitusiyadan sonra Bakı Kərki və Zəngəzurdan dəhliz məsələsini qaldıracaq və sülh müqaviləsinin imzalanması üçün tələb edəcəklər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!