Ötən Cümə günü, axşam Nikol Paşinyan “Vətəndaş müqaviləsi” partiyasının parlament fraksiyasının üzvləri ilə növbəti qapalı görüş keçirib.
Yenisabah.az xəbər verir ki, bu barədə "Hraparak" yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edir: Toyuqlu pizza
"Müzakirə Azərbaycanla davam edən sülh prosesi ilə bağlı olub. Cəmi bir həftə əvvəl Paşinyan öz fraksiyası ilə eyni mövzuda və eyni yerdə qapalı görüş keçirmişdi. Nazirlər Kabinetinin rəhbəri fraksiya üzvlərinə heç bir sızma olmaması barədə xəbərdarlıq etsə də, deputatlardan biri təcili iclasın keçirilməsinə səbəb kimi Yeqişe Kirakosyanın elə həmin gün istefa verməsi olduğunu bildirib.
Paşinyan komanda daxilində mümkün narazılığın qarşısını almağa çalışıb. Bir ilə yaxındır ki, mətbuat Kirakosyanın ehtimal olunan istefası barədə yazır, buna səbəb kimi Azərbaycanın tələbi ilə beynəlxalq iddiaların rədd edilməsi göstərilirdi.
İclasda Paşinyan fraksiya üzvlərinə bildirib ki, sülh prosesi uzanır, Əliyev nə məhkəmələrdən, nə də dəhliz tələbindən əl çəkir, imtina etsək, müharibə qaçılmaz olacaq. O tapşırıb ki, bu barədə ictimaiyyət fəal şəkildə məlumatlandırılsın ki, hamı hər şeyi başa düşsün.
Yeri gəlmişkən, son həftələr "Vətəndaş müqaviləsi" üzvləri Sünikə tez-tez baş çəkirlər. Məsələn, ötən həftə iqtisadiyyat naziri Gevork Papoyan iki dəfə ora gedib və partiya yoldaşları ilə görüşlər keçirib. O, Sünik camaaatını müharibə ilə qorxutmağı əmr etdi”.
Telegram kanalımız