Paşinyan adamlarını Moskvaya göndərdi: “Mümkündürsə, kömək istəyin”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan adamlarını Moskvaya göndərdi: “Mümkündürsə, kömək istəyin”

Hadisə

06 Noyabr 2020 23:11 3629


Dünən səhər Ermənistanın hakim “Mənim Addımım” partiyasının deputatları - parlament sədrinin müavini Alen Simonyan və Dövlət və Hüquqi məsələlər Komitəsinin Vladimir Vardanyan təcili Moskvaya səfərə gediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Bu məlumatı nəşrə “Mənim Addımım” fraksiyasının deputatları təsdiqləyib. Toyuqlu pizza

Qəzetin parlamentdəki mənbələri, erməni deputatların Moskva səfərinin məqsədinin rus həmkarları ilə dialoq aparmaq olduğunu söyləyiblər:

“Moskvadakı əhval-ruhiyyəni öyrənmək və mümkünsə, dəstək də istəmək istədiklərini deyiblər. Lakin məlum olur ki, deputatların səfəri rəsmi deyil, özəldir”.

Parlament aparatı rəhbərinin müavini Lilit Minasyan isə sözügedən deputatların Ermənistanda olduğunu, heç bir yerə getmədiyini bildirib.

Əlavə edək ki. Ermənistan Baş naziri Nikol Paşinyanın bundan əvvəl Moskvadan dəstək istəyi dəfələrlə rədd edilib. Bu dəfə öz partiyasının deputatlarını Rusiyanın paytaxtına göndərmək isə məğlub ölkənin baş nazirinin suda boğulan adamın saman çöpündən tutmaq istəyinə bənzəyir. /Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!