Paşinyan ağlını tam itirdi: İsrailə qarşı sərt ittihamlar dilə gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan ağlını tam itirdi: İsrailə qarşı sərt ittihamlar dilə gətirdi

Siyasət

03 Noyabr 2020 12:14 7373


Ermənistanın Baş naziri Nikol Paşinyan artıq reallıq hissini itirib. Yenisabah.az xəbər verir ki, hərbi məğlubiyyəti həzm edə bilməyən Paşinyan məsuliyyəti üzərindən atmaq üçün ən absurd ittihamlara baş vurur. Bu ittihamların hədəfi müxtəlif ölkələr də ola bilər.

Ermənistan Baş nazirinin bu dəfəki hədəfi isə İsraildir. Nikol Paşinyan İsrailin Ermənistana humanitar yardım etmək istəyini rədd edib. Bu ölkəni az qala terrorçuluğa dəstəkdə ittiham edib.

Oktyabrın 5-də İsrailin Prezidenti Reuven Rivilin erməni həmkarı Armen Sarkisyanla söhbətində İrəvana humanitar yardım təklif edib. İsrailin Ermənistanla əlaqələrinin inkişafinda maraqlı olduğunu deyən Rivilin iki ölkə arasındakı əməkdaşlığın hər hansı tərəfə yönəlik addım olmadığını bildirib. Toyuqlu pizza

Nikol Paşinyan “The Yerusalim Post” nəşrinə müsahibəsində bu məsələyə toxunub. Ermənistan Baş naziri İsrailin siyasi rəhbərliyinə “fəaliyyətlərinin məntiqi davamı olaraq”  “muzdlu və terrorçu”lara humanitar yardım göndərməyi tövsiyə edib. "Muzdlulara satdığı silahlarla mülki insanları hədəfə alınan ölkəyə humanitar yardım?" – deyə Paşinyan aqressiv şəkildə təklifi rədd edib.

O, daha sonra İsraillə Türkiyəni üz-üzə qoymağa cəhd edib. Paşinyan “Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə suriyalı muzdlu göndərən Türkiyə” ilə həqiqətən eyni cərgədə dayanmaq istəyib-istəməməsi barədə düşünməyə çağırıb. Ermənistanın Baş naziri iddia edib ki, Ankara "imperialist ambisiyalarını" İsrailə yönəldə bilər, bu, yalnız zaman məsələsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!