Paşinyan Aşqabada getməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Aşqabada getməkdən imtina etdi

Siyasət

25 Noyabr 2024 21:24 1079


Ermənistan noyabrın 28-də Astanada keçiriləcək KTMT tədbirlərində iştirak etməyəcək, lakin İrəvan planlaşdırılan sənədlərin qəbulunun əleyhinə deyil.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib.

“Təəssüf ki, erməni tərəfdaşlar həmin tədbirdə şəxsən iştirak etməkdən imtina etdilər. Eyni zamanda, onlar təsdiq edilməli olan bütün sənədlərin məhdud format adlandırılan formatda qəbul edilməsinə etiraz etmirlər”, - Vasilyev bildirib. Marqarita pizza

Qeyd edək ki, noyabrın 28-də Astanada KTMT-nin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, daha sonra isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası (zirvə görüşü) keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!