Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir

Siyasət

31 Avqust 2024 14:32 430


Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə Rusiya, ABŞ və Fransadan ibarət ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir.

"Report" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

“Sülh kontekstində biz ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı qərar qəbul etməyi mümkün hesab edirik. Sülh bərqərar olmuş fakt olan zaman belə bir formatın mövcudluğu suallar yarada bilər”, - o deyib. pizza hut

Paşinyanın sözlərinə görə, bütün məsələlər zamanla bağlıdır. “Bu cür mövzuları indi müzakirə predmetinə çevirməyin nə dərəcədə effektiv və düzgün olduğunu başa düşməliyik”, - Ermənistanın baş naziri əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!