Paşinyan Azərbaycana haqq qazandırdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Azərbaycana haqq qazandırdı

Rəsmi

15 Sentyabr 2021 18:02 1586


"Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir çox alt qatları və sətiraltı mənaları var. Bu hadisələri düzgün başa düşməyimiz və doğru təhlil etməyimiz çox vacibdir”.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin dekabrında Ermənistan silahlı qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə qədər geri çəkilib. “Bu, yeni eskalasiyanın qarşısını almaq üçün edilib”. pizza mizza

Paşiyan qeyd edib ki, Ermənistan Azərbaycana Naxçıvanla əlaqə üçün Zəngəzur dəhlizindən keçid icazəsi vermədiyi üçün Gorus-Qafan yolunda Azərbaycan polisinin postu qurulub. 

"Düşünürəm ki, müqavilənin mətnində xarici malların keçməsi ilə bağlı heç bir hal olmadığı üçün, Azərbaycan tərəfi bu mexanizmi tətbiq edir. 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda Ermənistan üzərindən dəhlizin verilməsi ilə bağlı bənd mövcuddur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!