“Paşinyan Azərbaycanın agentidir“ - Eks-deputat

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Azərbaycanın agentidir“ - Eks-deputat

Rəsmi

28 İyun 2022 17:41 944


"Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan Azərbaycanın proksi-agentidir".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu  Ermənistan Respublika Partiyasının nümayəndəsi Qaqik Minasyan bildirib.

Eks-deputatın fikrincə, Ermənistanın Baş naziri Azərbaycan diplomatiyasının tapşırıqlarını Azərbaycan rəsmilərindən daha yaxşı yerinə yetirir: Marqarita pizza

“Paşinyan baş nazir vəzifəsinə başlamazdan əvvəl aparılan danışıqlar prosesinin məzmununu və mahiyyətini açıq şəkildə təhrif edir. Bu yalan təkcə sonrakı faktlar və hadisələrlə təkzib olunmur. Bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov da təkzib edib, o, bütün həmsədrlər adından çıxış edib və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi mövqeyini bildirib. Onun yalanları türklərin özlərindən daha çox türkpərəstdir”.

Minasyan əmindir ki, hökumət başçısı ona qarşı kompromatların olması səbəbindən belə mövqe tutur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!