Paşinyan: “Azərbaycanla dəmir yolunun bərpasına hazırıq“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “Azərbaycanla dəmir yolunun bərpasına hazırıq“

Rəsmi

07 Dekabr 2022 17:59 1097


Nikol Paşinyan üçtərəfli işçi qrupun Moskvada keçirilən görüşün nəticələrini şərh edib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan baş nazirinin sözlərinə görə görüşdə Yerasx (Arazdəyən)-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun yenidən qurulması məsələsi müzakirə olunub.

“Təəssüf ki, konkret nəticənin olduğunu deyə bilmərəm, lakin bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan bu proqramın həyata keçirilməsinə hazırdır və maraqlıdır. Təklifimiz qüvvədə qalır və Ermənistan dəmir yolunun bərpasına hər an başlamağa hazırdır. pizza mizza

Əvvəllər də fikirlərimizi bildirmişik. Həmin ideyaların ümumi olduğu andan dəmir yolunun bərpasına başlamağa hazırıq”, – deyə Paşinyan əlavə edib.

O bildirib ki, dəmir yolu və avtomobil yolu Ermənistanın qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməli və bu, sənəddə qeydə alınmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!