Paşinyan Azərbaycanla dialoqu zərurət sayır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Azərbaycanla dialoqu zərurət sayır

Dünya

27 Noyabr 2025 16:01 573


Ermənistanın baş naziri dialoqu Azərbaycanla münasibətlərin normallaşması prosesində zərurət kimi görür.

“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, Nikol Paşinyan azərbaycanlı və erməni ekspertlərin Bakı və İrəvana qarşılıqlı səfərlərini xatırladıb:

"Dialoqun yoxluğu ucbatından Ermənistan vətəndaşları görürlər ki, azərbaycanlıların bəyanatlarında heç nə dəyişməyib, azərbaycanlıların fikrincə, ermənilərin bəyanatlarında heç nə dəyişməyib. 37 illik münaqişə 5 ekspertin iki görüşü ilə dəyişdirilə bilməz, proses olmalıdır". pizza

Xatırladaq ki, noyabrın 21-22-də Bakıda Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçirilib. Bir neçə həftə əvvəl İrəvanda azərbaycanlı ekspertlərin iştirakı ilə analoji müzakirə keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!