Ermənistanın Baş naziri Nikol Paşinyan babasına görə hədəfə gəlib.
Yenisabah.az xəbər verir ki, siyasi rəqibləri Nikol Paşinyanı alman faşistləri ilə əməkdaşlıq edən babasını qəhrəman kimi təqdim etdiyinə görə tənqid atəşinə tutublar. Erməni mətbuatında bu barədə geniş materiallar dərc edilməkdədir.
Nikol Paşinyan mayın 9-da, yəni, faşizm üzərində qələbə günündə babasının fotosunu paylaşaraq onun 2-ci Dünya Müharibəsində Sovet ordusuun tərkibində nasist Almaniyasına qarşı döyüşdüyü yazıb. Lakin araşdırmalar zamanı bəlli olub ki, Baş nazirin babası Nikol Paşinyan 2-ci Dünya Müharibəsində iştirak etsə də, faşistlərlə eyni cəbhədə döyüşüb. Erməni ictimaiyyəti bu faktı “Memorial” portalından götürülüb. Həmin portal Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2007-ci ildə yaradılıb. Məqsəd Böyük Vətən Müharibəsində itkin və yaxud əsir düşən şəxslərin, habelə konslagerdə olan insanların taleyi barədə məlumat verməkdir. pizza
Baş nazirin tərəfdarları bildirir ki, portalın siyahısında başqa Nikol Paşinyan da var və həmin şəxs Sovet ordusunun döyüşçüsü olub. Onların iddiasına görə Paşinyanın babası həmin şəxsdir. Lakin Baş nazirin tərəfdarları bununla bağlı hər hansı sənəd nümayiş etdirə bilmirlər. Bu səbəbdən “nəvə babasına cavabdeh” deyil arqumentindən də iki əlli yapışıblar.
Nikol Paşinyanın rəqibləri isə Baş nazirin faktı təhrif etməsinin üzərində dayanıblar. Onlar bildirir ki, Baş nazir babasının faşistlərlə əməkdaşlıq etməsinə görə məsuliyyət daşımasa da, bu faktı təhrif edərək babasını qəhrəman kimi təqdim etdiyinə görə cavab verməlidir.
Nikol Paşinyan isə hələ susur. Erməni ictimaiyyəti isə Baş nazirin sükutunu məsələnin gündəmdə qalmasında maraqlı olmaması ilə izah edirlər.
Telegram kanalımız