Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkədə cəbhə bölgəsindən qayıdan erməni hərbçilərlə barədə paylaşımı erməni ictimaiyyətinin silkələnməsinə səbəb olub.
Yenisabah.az xatırladır ki, Baş nazir sosial şəbəkədə hərbçilərin geri qayıtmasını alqışlayaraq, İrəvanda kapitiulyasiyaya etiraz edənləri “ulayanlar” adlandırıb.
“Bu gün cəbhə bölgəsindən gələn əsgərlərin onlarla videosuna baxdım. Uşaqların müdrikliyinə heyran qaldım. Uşaqlar haqlısınız. Yerevanda sizi gözləyirəm. Nəhayət, divarların dibində ulayanlarla problemləri həll etmək lazımdır”, - Paşinyan yazıb. pizza hut
Baş nazirin bu paylaşımından dərhal sonra hakim “Mənim Addımım” parlament fraksiyasının üzvü olan bir neçə deputat istefa verdiyi barədə bəyanat yayıb.
Paşinyanın yazdıqlarını xanımı Anna Akopyanın da paylaşması qalmaqalın daha kəskin xarakter almasına səbəb olub.
Ermənistanın ombudsmanı Arman Tatoyan Baş nazirin paylaşımı qarşıdurmaya çağırış kimi dəyərləndirib.
“Ermənistanın Baş nazirinin cəbhə bölgəsindəki əsgərlərin geri qayıtması ilə əlaqədar paylaşımı son dərəcə təhlükəlidir, xüsusən də bu məsuliyyətli, həssas günlərdə. Əslində, vətəndaş qarşıdurmalarına çağırış edilir. Hamını təmkinli olmağa çağırıram. Hüquq-mühafizə orqanlarından ciddi şəkildə qanuna uyğun hərəkət etmək tələb olunur. Bu, hər hansı bir qarşıdurmanın və ya linç cəhdinin qarşısını almaq üçün vacibdir", - deyə o bildirib.
Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan da Paşinyanın yazdıqlarını paylaşıb. Lakin ictimai qınağın kəskin səciyyə aldığını görəndən sonra paylaşımı silib.
Yeri gəlmişkən, Alen Simonyan müharibə ilə bağlı “fake news”ları koordinasiya edən şəxs olub. Ermənistanda onu da spiker kimi linç olunmasını istəyənlər az deyil.
Telegram kanalımız