Ermənistanın heç bir nümayəndəsi, heç bir baş naziri Ermənistanın ərazi bütövlüyünün bərpası gündəmindən əl çəkə bilməz.
“Yeni Sabah” armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri bildirib.
Nikol Paşinyan bir neçə gün əvvəl “Facebook”da dərc olunmuş və sərhədlərin delimitasiyası nəticəsində Artsvaşenin (Başkənd - red.) geri qaytarılmalı olduğu barədə yazısını xatırladıb: Pepperoni pizza
"Ermənistanın heç bir nümayəndəsi, heç bir baş nazir Ermənistanın ərazi bütövlüyünün bərpası gündəmindən əl çəkə bilməz. Bu post da aşkar olanın təsdiqidir".
Paşinyan əlavə edib: "Sərhədin delimitasiyasından sonra ölkələrin ərazi bütövlüyünün konturları Almatı Bəyannaməsi əsasında yenidən müəyyən edilməlidir. Ərazi bütövlüyünün konturları müəyyən edildikdə, o zaman bütün mümkün kombinasiyalar və variantlar müzakirə olunacaq".
Baş nazirin sözlərinə görə, shbət ərazilərin mübadiləsindən gedirsə, bu, Ermənistan vətəndaşlarının mövqeyi olmadan qeyri-mümkündür:
"Delimitasiya prosesinə gəlincə, de-yure ali hüquqi qüvvəyə malik bir sənəd var - iki ölkənin delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə və onun çərçivəsində iş aparılmalıdır".
Telegram kanalımız