Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurdu

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurdu

Siyasət

05 Oktyabr 2020 23:36 1405


Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində  Qarabağda hərbi əməliyyatların dayandırılmasına təcili ehtiyac olduğunu vurğulayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin bildirib ki, münaqişə bölgəsindəki silahlı qarşıdurma geniş miqyaslı xarakter alıb və hər iki tərəfdən mülki əhali arasında ciddi itkilərə səbəb olub. pizza mizza

“Vladimir Putin növbəti dəfə hərbi əməliyyatlara son qoyulmasının vacibliyini vurğulayıb”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.

Qeyd edək ki, bu, Paşinyanın Putinə son bir həftədə dördüncü telefon zəngidir. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!