“Paşinyan bir partiyanın əldə edə biləcəyi ən optimal nəticə qazanıb“   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan bir partiyanın əldə edə biləcəyi ən optimal nəticə qazanıb“ - Politoloq

Rəsmi

21 İyun 2021 12:48 1160


Ermənistanda keçirilən parlament seçkilərinin nəticəsi açıqlandıqdan sonra Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan rəhbərlik etdiyi “Vətən Müqaviləsi” partiyasının yeni hökumət formalaşdıracağını bildirib. Lakin “TASS”ın yaydığı məlumata görə, onun bu prosesi həyata keçirməsi mümkün olmayacaq. Çünki Paşinyanın partiyası 53,92 səs yığaraq konstitusiya çoxluğunu əldə etsə də, təkbaşına hökumət qurmaq üçün tələb olunan göstərici 54 faizdir. Yəni Paşinyan 0,8 faiz səs çatışmadığına görə hazırda hansısa partiya ilə kolisiya qurmaq məcburiyyətindədir.

Maraqlıdır, Nikol Paşinyanın partiyası hansı hökumətyönlü partiya ilə birləşə bilər?

Məsələni Yenisabah.az-a şərh edən politoloq Ayaz Rzayev seçkilərin nəticələrinin Paşinyana təkbaşına hökumət qurmağa imkan verdiyini diqqətə çatdırıb: Sezar pizza

“Paşinyanın partiyası parlamentdə yerlərin 2/3-nə sahib olacaq, bu da 70-dən artıq yer deməkdir. Paşinyan hətta hakim partiyanın konstitusiya dəyişikliyini həyata keçirə biləcək çoğluğa malik ola biləcəyini belə bildirdi. Bu isə Ermənistan parlamentində 72 yerə sahib olmaq deməkdir”.

Tədqiqatçı qeyd edib ki, konstitusion çoxluq seçkilərdə bir partiyanın əldə edə biləcəyi ən optimal nəticə hesab oluna bilər:

“Bəzi ekspertlər Paşinyanın partiyasının parlamentdə 71 yer alacağını proqnozlaşdırırlar, lakin konstitusion çoxluq üçün bir səsi çatışmaya da bilər”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!