“Dünən Nikol Paşinyan Brüsseldə Şarl Mişel və İlham Əliyevlə növbəti görüşə gedib. Adətən, Ermənistanın Baş nazirini belə görüşlərdə digər dövlət işçiləri nəzərə alınmadan Milli Təhlükəsizlik Xidmətinin (MTX) 3-4 işçisi müşayiət edirdi. Bu dəfə isə bu rəqəm üç dəfə artıb".
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Erməni nəşri mövzunun davamında qeyd edib: "Mənbədən bizə dedilər ki, bu dəfə Paşinyanı 10-dan çox Polis Xidməti Alayının (PXA) əməkdaşı müşayiət edib. pizza
Maraqlandıq ki, onun belə böyük bir polis taqımını Brüsselə aparmasının səbəbi nədir? Bu, Baş nazirin öz həyatı üçün artan qorxusudur? Bəlkə, o, xaricdə qarşı sui-qəsdin təşkil olunacağından qorxur?
Yerli vətəndaşlardan aldığımız məlumata görə, Paşinyan daha çox erməni icmasının Brüsseldə təşkil edəcəyi etiraz aksiyalarından ehtiyatlanır və şəxsi müdafiəsinin gücləndirilməsinin məqsədi budur. Lakin qəribə budur ki, PXA əməkdaşları yüksək maaş alır, bahalı otellərdə qalır və bütün bunlar dövlət büdcəmizin hesabına həyata keçirilir”.
Telegram kanalımız