Paşinyan: “Brüsseldə Prezident Əliyevlə sülh müqaviləsindən danışacağam“

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “Brüsseldə Prezident Əliyevlə sülh müqaviləsindən danışacağam“

Rəsmi

31 Mart 2022 12:19 531


“Ümid edirəm ki, bu görüşdə Azərbaycan Prezidenti ilə müzakirə aparacağam və sülh sazişi üzrə danışıqların başlanması ilə bağlı bütün məsələləri razılaşdıracağam”.

Yernisabah.az "Aysor"a istinadla xəbər verir ki, bunu hökumətin bugünkü iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Xatırladaq ki, aprelin 6-da Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişel və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Pepperoni pizza

Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanla dərhal sülh danışıqlarına başlamağa hazırdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!