Paşinyan bu dəfə Putinə məktub yazdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan bu dəfə Putinə məktub yazdı

Dünya

31 Oktyabr 2020 10:54 2035


Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazilriyi məlumat yayıb. Paşinyan Ermənistanın Rusiya ilə müttəfiqliyinə əsaslanaraq Putindən Moskvanın İrəvana yardımlar barədə məsləhətləşmələrə başlamağı xahiş edib.

Vladimir Putinin buna məktuba reaksiyası barədə heç bir məlumat yoxdur. Pepperoni pizza

Qarabağda müharibə başlayandan Paşinyan dəfələrlə Rusiya Prezidentinə yardım üçün müraciət edib. Lakin Kreml müharibənin Azərbaycan ərazisində getdiyinə əsaslanaraq Ermənistan Baş nazirinin müraciətlərini İrəvanın maraqlarına uyğun cavablandırmayıb. Ona görə də Paşinyanın bu dəfəki müraciətinə də müsbət cavab verilməyəcəyi gözlənilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!