“Paşinyan CORP29-da iştirak üçün Bakıya gələcək” iddiasına İrəvandan cavab

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan CORP29-da iştirak üçün Bakıya gələcək” iddiasına İrəvandan cavab

Siyasət

06 İyun 2024 15:11 956


Paşinyanın gündəmində belə bir məsələ yoxdur.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan hökumətinin başçısının mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

O, azərbaycanlı jurnalist, politoloq, beynəlxalq əlaqələr üzrə mütəxəssis Əhməd Şairoğlunun X-də yaydığı səs yazısı ilə bağlı deyib. Dominos pizza

Şairoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrda BMT-nin COP29 sammitində iştirak etmək üçün Bakıya səfər edəcəyini idia edib.

“Ekspert öz subyektiv fikrini ifadə edib, bunun Paşinyanın iş gündəliyi ilə heç bir əlaqəsi yoxdur. Baş nazirin iş gündəmində belə bir səfər nəzərdə tutulmayıb”, - deyə Bağdasaryan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!