“Paşinyan dəhlizin açılmasına hazırdır”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan dəhlizin açılmasına hazırdır”

Rəsmi

28 Oktyabr 2021 08:08 1021


İrəvanda Zəngəzur dəhlizinin Ermənistan üçün də faydalı olduğunu anlayırlar.

“Yeni Sabah” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko Zəngəzur dəhlizinin açılması ilə bağlı danışarkən deyib.

"Praqmatik əhval-ruhiyyəli erməni elitasının bir hissəsi bu layihənin əhəmiyyətini anlayır və bunda iştirak etməyə hazırdır, lakin onlar "cadugər ovu" və radikalların qurbanı olmaqdan qorxurlar. Biz hətta Baş nazir Nikol Paşinyana və onun ailəsinə ünvanlanan təhdidləri görürük. Sosial şəbəkələrin erməni seqmentinin bir sıra istifadəçilərini indidən Ermənistanın yüksək vəzifəli şəxslərinə qarşı terror aktlarına çağırışlar etdikləri üçün məsuliyyətə cəlb etmək olar", - Korotçenko bildirib. Toyuqlu pizza

Onun sözlərinə görə, İrəvanda Zəngəzur dəhlizinin faydalaını anlayanlar var:

"Onlar sülhü və ölkəsinin inkişafını istəyən, Azərbaycana qarşı ərazi iddialarından əl çəkənlərdir. Mənə elə gəlir ki, onlar kommunikasiyaların açılması layihələrində iştirak etməyə, o cümlədən Zəngəzur dəhlizinin açılması üzərində işləməyə hazırdırlar".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!