Paşinyan dövlətə xəyanət işində dindirildi 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan dövlətə xəyanət işində dindirildi 

Maraqlı

02 İyun 2023 17:21 851


Ermənistanın Baş naziri Nikol Paşinyan İstintaq Komitəsində dindirilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin sədri Argişti Kyaramyan Milli Assambleyada (parlament) müxalifətçi deputat Artsvik Minasyanın suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Paşinyan dövlətə xəyanət işi üzrə şahid qismində sorğu-sual edilib. pizza

"Baş nazir dövlətə xəyanət maddəsi ilə başlanılan cinayət işi çərçivəsində şahid qismində dindirilib. Bəli, baş nazir şahid qismində dindirilib",- deyə Komitə sədri bildirib.

Lakin cinayət işinin konkret detalları açıqlanmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!