“2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanat həmin dövrdə Dağlıq Qarabağda zorakılığa son qoyulması istiqamətində atılan addım idi”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Bu bəyanatda Dağlıq Qarabağ məsələsinə toxunulmur, halbuki Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Ümid edirik ki, yaxın gələcəkdə biz Dağlıq Qarabağ məsələsini də həll edə biləcəyik”, - deyə baş nazir Paşinyan vurğulayıb. pizza
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında ünsiyyət üçün bir sıra platformalar var:
“Bu yaxınlarda biz Ermənistanla Azərbaycan arasında demarkasiya komissiyası yaratmışıq. İşi davam etdirmək çox mühümdür. Cəmi bir görüş olub, amma artıq razılaşdıq ki, ikinci görüş Rusiyanın paytaxtı Moskvada, üçüncü görüş isə Brüsseldə keçirilsin. Ümid edirik ki, beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə və əlbəttə, birbaşa iş nəticəsində sərhədlərimizin delimitasiyasına nail olacağıq”.
"Komissiya Dağlıq Qarabağın bütün ərazisinin Azərbaycana məxsus olmasına qərar verərsə, Ermənistan tərəfinin mövqeyi necə olacaq" sualına toxunan Paşinyan belə cavab verib:
“Demarkasiya komissiyasının Dağlıq Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur, çünki dediyim kimi, Azərbaycanla müxtəlif səviyyələrdə ünsiyyətimiz var. Onlardan biri demarkasiya işlərinə aiddir. Sərhəd təhlükəsizliyi məsələsi çox vacibdir və bu, komissiyanın mandatındadır, çünki bbütün sərhədboyu sabitliyi və təhlükəsizliyi qorumalıyıq.
İkinci məsələ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasıdır. Regional, nəqliyyat və iqtisadi kommunikasiyaların açılması ilə bağlı kommunikasiya platforması mövcuddur. Amma təbii ki, ən aktual və vacib məsələ Ermənistanla Azərbaycan arasında olan sülh gündəliyidir”.
Həmçinin, Paşinyan Rusiyanın üçtərəfli bəyanatın təminatçısı rolundan istifadə edərək, Rusiyanın Ermənistanın strateji tərəfdaşı və müttəfiqi olduğunu, eyni zamanda Azərbaycana çox yaxın olduğunu qeyd edib.
Telegram kanalımız