Paşinyan əlaltılarına vəzifə verdi, qarışıqlıq yarandı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan əlaltılarına vəzifə verdi, qarışıqlıq yarandı

Rəsmi

01 Dekabr 2022 12:54 896


İctimaiyyətin çaşqınlığına baxmayaraq, Ermənistanda hakim “Vətəndaş müqaviləsi”nin sabiq üzvləri Baş nazir Nikol Paşinyanın sabiq “Respublikaçılar”ın üzvü Gevorq Papoyan və “Çiçəklənən Ermənistan” partiyasının üzvü Vaan Aleksanyanı partiya İdarə Heyəti sədrinin müavinləri təyin etmək qərarına təəccüblənməyiblər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak”qəzeti məlumat yayıb.

Erməni nəşri əlavə edib ki, İdarə Heyətindəki seçkilərinin saxtalaşdırılmasından sonra hakim partiyada gözləyirdilər ki, Paşinyan təkcə saxtalaşdırmanın təşkilatçısı olduğu iddia edilən Suren Papikyanı və onun tərəfdarlarını deyil, həm də az-çox müstəqil şəxsləri cəzalandıracaq ki, sonuncular Papikyanın saxtakarlıqlarını böyütmək və təkrarlamaq, habelə Baş nazir kürsüsünə iddialı olmaq və İdarə Heyətinə öz sərmayələrini qoymaq üçün öz-özünə fəaliyyət fikrinə düşməsinlər: Toyuqlu pizza

“Bu onunla bağlıdır ki, partiyanın qurucularından biri olan Armen Pambuxçyan və Arayik Arutyunyan “Vətəndaş müqaviləsi” departamentinin sədr müavini təyin edilməyib, onların yerinə Paşinyan itaətkar əlaltılarına üstünlük verib. Bununla da Baş nazir komandaya mesaj verib ki, onun yanında əlaltılarına hər zaman yer var.

Bir vaxtlar “Armenian Times”ın xəzinədarı, daha sonra mühasib, sonra SNOC-un (erməni dövlət qeyri-kommersiya təşkilatı - red.) direktoru olmuş, illər keçdikcə isə Paşinyana və onun həyat yoldaşı Anna Akopyana sadiqliyini sübuta yetirən, o cümlədən iqtidar partiyasının deputatı olan Arusyak Manavazyan partiya İdarə Heyətinin rəhbəri təyin edilib”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!