“Paşinyan elə xoruzlanır, sanki günahkar o deyil, başqasıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan elə xoruzlanır, sanki günahkar o deyil, başqasıdır”

Dünya

27 Mart 2021 08:56 1478


“Hər kəsə aydındır ki, Ermənistan indi uçuruma yuvarladılmaqda davam edir”.

 Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin sabiq baş naziri, "Vətənin qurtuluşu üzrə Hərəkat"ın namizədi Vazgen Manukyan deyib. "Bu  müharibədə 5 mindən çox əsgər itirdik. Bu, yəqin ki Ginnesin rekordu hesab edilə bilər ki, 44 gün ərzində 2,5 milyonluq xalq belə itkilərə malik olsun", - Manukyan qeyd edib.

Müxalif siyasətçi vurğulayıb ki, baş verənlərdən sonra Ermənistanda heç kim bu müharibə və onun dağıdıcı nəticələrinə görə məsuliyyətə cəlb edilməyib: "Bundan başqa, baş nazir elə xoruzlanır, sanki günahkar o deyil, kimsə başqasıdır”. pizza sifarişi

Manukyanın sözlərinə görə, Ermənistanın itkiləri təkcə müharibə ilə kifayətlənməyib. Ölkənin məhkəmə sistemi, təhsil sahəsi hücumlara məruz qalır. Atom Elektrik Stansiyasının bağlanılacağı deyilir.

“Dövlətimiz uçuruma yuvarladılır, bizim dövlət formal olacaq, hansı ki, müstəqilliyə malik olmayacaq, inkişaf etməyəcək", - o əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!