“Əliyevlə görüşə hazırlığım yeni xəbər deyil“ - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Əliyevlə görüşə hazırlığım yeni xəbər deyil“ - Paşinyan

Rəsmi

04 Oktyabr 2021 11:59 1915


"Azərbaycan Prezidenti İlham Əliyevlə nəzərdə tutulan görüşlə əlaqədar vaxt və məkan məhdudiyyəti yoxdur".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 4-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrup həmsədrlərinin bu cür görüşlər təşkil etmək təcrübəsi var. "Yeganə məntiqi məhdudiyyət bu cür görüşlərin üçüncü ölkələrin ərazisində keçirilməsidir". Dominos pizza

"Əliyevlə görüşə hazırlığım yeni xəbər deyil, çünki son aylarda ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və hərtərəfli nizamlanması ilə bağlı bəyanatlarını alqışlayıram. Görüşməyə hazır olduğumuzu elan etdiyimiz ilk dəfə deyil. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səyləri gücləndirmək mümkün olacaq”, -deyə Paşinyan vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!