"Ermənistan hazırda ən çətin çağırışlarla qarşılaşıb".
Yenisabah.az "Aysor"a istinadla xəbər verir ki, bunu bu gün hökumətin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, 2022 -ci ilin0 büdcə layihəsi ilə əlaqədar çıxıışında qeyd edib: pizza mizza
"Koronavirus epidemiyası və 44 günlük müharibədən sonra iqtisadi, sosial fəlakətli nəticələr və təhlükəsizlik problemləri hələ də aradan qaldırılmayıb. 2021-ci il parlament seçkilərindən sonra daxili siyasi böhran aradan qaldırılıb, erməni xalqının gələcəyə baxma konsolidasiyası və istəyi üçün kifayət qədər möhkəm zəmin yaradılıb".
Paşinyanın sözlərinə görə, ilk növbədə, təhlükəsizliyin təmin edilməsinə diqqət yetirəcəyik, onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil: "Bu mənada, təkcə ordunun müdafiə qabiliyyətini modernləşdirmək deyil, həm də Ermənistan ətrafında əlverişli bir xarici mühit formalaşdırmaq, Ermənistan, "Artsax" və bölgə üçün dinc inkişaf dövrünün açılması gündəmini ardıcıl olaraq həyata keçirmək vacibdir".
Telegram kanalımız