Paşinyan Ermənistanın itkilərini açıqladı   - Yeni statistika

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Ermənistanın itkilərini açıqladı - Yeni statistika

Rəsmi

19 Sentyabr 2022 17:22 1223


Ötən həftə Azərbaycan Ordusuna qarşı hərbi təxribatlara əl atan Ermənistan silahlı qüvvələrinin itkiləri barədə yeni rəqəmlər açıqlanıb.

Yenisabah.az xəbər verir ki, erməni ordusunun itkilərini baş nazir Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında elan edib.

Onun sözlərinə görə, sərhəddəki silahlı toqquşmalar zamanı Ermənistanın 207 hərbçisi ölüb və ya itkin düşüb.  Pepperoni pizza

Bundan əlavə, Paşinyan bildirib ki, döyüşlərdə 293 erməni hərbçisi yaralanıb, 20 hərbçi isə əsir götürülüb.

Xatırladaq ki, sentyabrın 13-də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri  Ermənistan ordusu tərəfindən atəşə tutulmuş, nəticədə genişmiqyaslı təxribat törədilmişdi. Bu döyüşlərdə Azərbaycan tərəfi 80 şəhid verib, 281 hərbi qulluqçu yaralanıb. 

Sentyabrın 14-ü axşam saatlarında Azərbaycan və Ermənistan arasında atəşkəslə bağlı razılıq əldə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!