Paşinyan Ermənistanın itkilərini açıqladı - Yeni statistika

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Ermənistanın itkilərini açıqladı - Yeni statistika

Rəsmi

14 Sentyabr 2022 17:14 6543


“Hazırda sərhəddə baş verən döyüşlərdə 105 itkimiz var”.

Yenisabah.az “Hraparak”a isitnadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan Milli Məclisindəki sual-cavab sessiyası zamanı deyib.

“Bir müddət əvvəl Milli Məclisdə hökumətlə sual-cavab iclasında hakim partiyanın deputatı Hasmik Akopyan qurbanlar və itkilərə görə bir nömrəli şəxs olan Nikol Paşinyana sual ünvanlayıb. O, əvvəlcə xatırladıb ki, Paşinyan dünən bizim 49 qurbanımız olduğunu açıqlasa da, dünəndən internetdə qurbanların sayı ilə bağlı şişirdilmiş məlumatlar yayılır. Buna görə də ondan hansı yeni məlumatları bildirə biləcəyini təqdim etməyi xahiş etdi. Sezar pizza

Bu məqamda deputatın sualına xüsusi diqqətlə qulaq asmayan və arxasını Suren Papikyana çevirən Nikol Paşinyan ondan onlarda hansı məlumatların olduğunu soruşdu. Papikyan da telefonda nəsə göstərdi, bundan sonra Nikol Paşinyan kürsüyə yaxınlaşaraq hazırda qurbanların sayının 105 olduğunu açıqlayıb”. – deyə erməni nəşri yazıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!