Nikol Paşinyanın seçkilərdə qələbəsindən sonra onu dəstəkləyən hakim qüvvələrin təmsilçiləri və parlamentdəki hakim fraksiya deputatları bölgələrdə seçkidən sonra olduqca maraqlı fəaliyyət göstərirlər.
Yenisabah.az xəbər verir ki, bu haqda Ermənistanın “Past” qəzeti yazır.
Nəşrin yaydığı məlumata görə, əyalətlərdə “məclis” və “ziyafətlər” gündəlik olaraq davam edir. pizza mizza
“Demək olar ki, bütün bölgələrdə, hakimiyyət nümayəndələri müxtəlif formatlarda ziyafətlər təşkil edir, beləliklə, onlar üçün çalışan və qələbələrində əməyi keçən insanlara minnətdarlıqlarını bildirirlər. Üstəlik, minnətdarlıq məclisləri müxtəlif dairələr - həm gənclər, həm də müxtəlif sahələrin nümayəndələri üçün qurulur” -deyə erməni qəzet yazır./Moderator
Telegram kanalımız