“Paşinyan gözümüzə görünməsin!“ - Əsgər valideyni

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan gözümüzə görünməsin!“ - Əsgər valideyni

Rəsmi

27 Sentyabr 2022 09:59 1009


Ermənistanda 44 günlük müharibədə həlak olan əsgərlərin valideynləri və yaxınları “Yerablur” hərbi panteonunda gecələyiblər.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, onlar dünən səhərdən hökumət üzvlərinin “Yerablur”a daxil olmasının qarşısını almaq üçün toplaşıblar.

İndiyədək qəbiristanlığı bir nəfər də olsun hökumət üzvü gəlməyib. Keçən dəfə “Yerablur”a gələn Paşinyan indi Fransada işgüzar səfərdədir. Sezar pizza

Xatırladaq ki, düz 2 il əvvəl bu gün, sentyabrın 27-də 44 günlük müharibə başlayıb.

Valideynlərdən biri jurnalistlərlə söhbətində bildirib: “Heç bir rəsmi şəxs, o cümlədən Nikol Paşinyan gözümüzdə görünməsin! O, bir çox hallarda övladlarımızın xilas etməyin mümkün olduğunu etiraf etdi, amma bunu istəmədi. Ona çoxlu qurbanlar lazım idi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!