Paşinyan Gürcüstanda - Tiflis İrəvanla Bakı arasında dialoq platforması hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Gürcüstanda - Tiflis İrəvanla Bakı arasında dialoq platforması hazırlayır

Rəsmi

08 Sentyabr 2021 12:17 963


Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyəti bu gün Gürcüstana iki günlük rəsmi səfər edir.

Yenisabah.az Modern.az-a istinadla xəbər verir ki, səfərdə məqsəd bütün sahələrdə ikitərəfli əlaqəni yeniləməkdir.

Bu, yeni təyinatdan sonra Paşinyanın Gürcüstana ilk rəsmi səfəridir. Rəsmi İrəvan Tiflisi  bölgədə vacib tərəfdaş və qonşu hesab edir. Pepperoni pizza

Səfər zamanı Paşinyan gücü həmkarı İrakli Qaribaşvili ilə müzakirələr aparacaq.

Verilən məlumatlara görə, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin gündəliyə çıxarılacağı istisna olunmur. Qeyd edilur ki, bu məsələ 90-cı illərdən bəri gündəmdədir və hələlik həll olunmaması bütün tərəflər üçün müəyyən həssaslıqdan xəbər verir.

Məlumata görə, tərəflər birgə bəyanatlar verəcək. Tiflis bölgədə sülhün və sabitliyin qorunmasının vacibliyini əsas gətirərək, İrəvanla Bakı arasında dialoq üçün bir platforma hazır olduğunu bəyan edəcək.

Ehtimal ki, tərəflər bölgədəki kommunikasiyaların blokadadan çıxarılması məsələsini də müzakirə edəcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!