“Paşinyan höküməti rəzil kadr siyasəti yürüdür“ - Hraparak”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan höküməti rəzil kadr siyasəti yürüdür“ - Hraparak”

Rəsmi

20 Oktyabr 2021 13:34 897


"İnsanlar yerli seçkiləri müzakirə etməyə və təhlil etməyə davam edirlər. İyunun 20-də təxminən 60% səs topladığı bölgələrdə qeyd-şərtsiz qələbə qazanan hökumətin hazırda qalib gəlməməsinin necə baş verdiyini çoxları anlamır. Hakimiyyət bunu səhv namizədlərin olması və müxalifət namizədlərinin “sehri” ilə izah edir. Gorusdakı məğlubiyyət hökumət üçün o qədər ağrılıdır ki, onlar müxalifəti ittiham edərək “Aruş Aruşanyana səs verməyənlərə küfr etdilər” ifadəsini işlədib, onları “oğrular” adlandırdı və onlar haqqında şayiələr yaydılar".

Yenisabah.az bildirir ki, bu barədə “Hraparak” nəşri yazıb:

Müəllif mövzunu daha sonra belə davam etdirib: “Heç kim bunlara (hökumətə - red.) qarşı çıxmağı düşünmür, axı Nikol Paşinyan və Vətəndaş Müqaviləsi artıq üç ildir ki, müxalifətə və onların tərəfdarlarını təhqir edirlər və bu illər ərzində müxalifət “oğru” damğasından qurtulmaq üçün heç nə etməyib. pizza mizza

Hər şeydə olduğu kimi, seçkilərdə də Qarik Sarkisyan, Vaan Kerobyan, Lilit Makunts və digər “görkəmli” fiqurlarını irəli sürən hökumət, rəzil kadr siyasəti yürütdüyünü yenə də başa düşmədi. Buna görə də bələdiyyə başçısı müxalifətdən biri olmalıdır. O etibarlı, xalqa yaxınlaşa bilən, aktiv, cəmiyyətin problemlərini yaxşı bilən və cəsarətli bir kəs kimi, bu vəzifəyə gəlməlidir. Paşinyan hökuməti anlayır ki, ölkəni sözlə idarə etmək olmaz, çünki sözlə əməl arasındakı fərq çox böyükdür.”

Rafi Müslümov 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!