Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Yenisabah.az xəbər verir ki, Ermənistanın hökumət başçısı Rəisini sərhəddəki vəziyyətlə bağlı məlumatlandırıb.
İran prezidenti Cənubi Qafqazda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib. O vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır və Tehranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi hamıya məlumdur. pizza
İbrahim Rəisi ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir.
Telegram kanalımız