Paşinyan İran TŞ katibini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan İran TŞ katibini qəbul etdi

Dünya

10 Yanvar 2025 10:12 293


İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Yenisabah.az Khabar Online-a istinadla xəbər verir ki, görüşdə sülh və sabitliyin ancaq region ölkələrinin əməkdaşlığı ilə mümkün olduğu vurğulanıb.

Əhmədian qeyd edib ki, regiondankənar və xarici qüvvələrin mövcudluğu regionda siyasi və təhlükəsizlik tənliklərinin mürəkkəbliyini artırır və problemlərin həllinə kömək etmir. pizza mizza

Tərəflər sənaye, kənd təsərrüfatı, nanotexnologiya və biotexnologiya sahələrində elmi və texnoloji təcrübələrin mübadiləsi barədə razılığa gəlib.

Ermənistanın baş naziri Şimal-Cənub dəhlizində daha çox iştirak və əməkdaşlıq və bu imkandan istifadə etmək arzusunu ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!