Paşinyan İrəvanda separatçılarla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan İrəvanda separatçılarla görüşdü

Rəsmi

29 Aprel 2022 13:14 428


Aprelin 29-da Ermənistan Nikol Paşinyan separatçı rejimin rəhbəri Arayik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az “Armenia News”a istinadla xəbər verir ki, baş naziri öz çıxışında qeyd edib ki, həm 44 günlük müharibədən əvvəl, həm də sonra Ermənistan öz işini həmişə “Artsax”la əlaqələndirib.

“Biz “Artsax” hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların məzmunu və prosesi, çağırışlar və imkanlar barədə tam məlumatlandırılmasını vacib hesab edirik. Bu prinsip həmişə olub və bundan sonra da belə olacaq. Pepperoni pizza

Bir daha qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bir nömrəli benefisiar “Artsax” və “Artsax” xalqıdır. Ona görə də, gizli şəkildə müzakirə edilən və həyata keçirilən məzmun sadəcə məntiqsizdir. Belə bir şeyi təsəvvür etmək mümkün deyil". 

Paşinyan əlavə edib: “Mən sizin hakimiyyətinizin sülh gündəmi qəbul etməsinə dair son bəyanatınızı yüksək qiymətləndirirəm. Demək istəyirəm ki, sülh gündəmi heç də məğlubiyyət gündəmi deyil, müharibənin dəhşətlərinə, müharibədən sonra gələn çətinliklərə, insanların təhlükəsizliyinə, hüquqlarına, gələcəyinə son qoymaq gündəmidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!