Paşinyan İsraildən üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan İsraildən üzr istədi

Hadisə

03 Noyabr 2020 17:26 13550


Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin ünvanına səsləndirdiyi ittihamlara görə üzr istəyib.

Yenisabah.az xəbər verir ki, N.Paşinyan bununla bağlı öz “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, erməni nazir bir gün əvvəl “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməsini bildirmiş və İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdi. Marqarita pizza

Vyanada baş vermiş hücumdan sonra Nikol Paşinyan səhvini etiraf edib:

“Bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüflənirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!