Paşinyan istefa verəcək

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan istefa verəcək

Dünya

18 Mart 2021 17:31 1590


Ermənistanın iyunun 20-də keçiriləcək parlament seçkilərinin baş tutması üçün Baş nazir Nikol Paşinyan aprelin 20-dək istefa verməlidir.

Yenisabah.az-ın verdiyi xəbərə görə, bu barədə parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının lideri Edmon Marukyan deyib.

“Konstitusiyanı nəzərə alsaq, seçkilərin iyunun 20-də baş tutması üçün Paşinyan 20 aprelə qədər istefa verməlidir. Nəzərə alınmalıdır ki, Baş nazirin istefasından sonra parlament iki həftə ərzində yeni Baş naziri seçməməlidir. Bundan sonra seçki kampaniyası üçün 45 gün vaxt olacaq. Belə məlum olur ki, Baş nazir aprelin 20-dən əvvəl postundan getməlidir”, - deyə E. Marukyan bildirib. (APA) Sezar pizza

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!