Paşinyan istefa verib? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan istefa verib? - Rəsmi açıqlama

Rəsmi

06 May 2022 18:29 406


Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Çaxoyan şayiələri təkzib edərək, Ermənistan vətəndaşlərinin seçimlərini cəmi bir il əvvəl etdiyini vurğulayıb.

“Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, amma onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl edib. “Artsaxın xilaskarları” İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar. pizza mizza

Başa düşürəm, yoruldunuz, getdikcə azalırsınız, amma belə yalanlarla, kiçik zarafatlarla öz tərəfdarlarınızı daha da məyus edəcəksiniz. Tərəfdarlarınızı məyus edəcəksiniz, çünki onlardan istifadə edə bilməyəcəksiniz”, - dövlət rəsmisi bildirib.Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!