Paşinyan isterikada: “Azərbaycanla sərhəddə gərginlik artır”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan isterikada: “Azərbaycanla sərhəddə gərginlik artır”

Rəsmi

17 May 2021 12:53 1776


“Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində gərginliyin artmasına meyl var”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının dünənki iclasından sonra Nikol Paşinyan bildirib.

Baş naziri vəzifəsini icra edən Paşinyan öz “Facebook” səhifəsində yazıb: “Daxili təhlükəsizlik tədbirlərinə əlavə olaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsinə və Ermənistan-Rusiya strateji sisteminə uyğun olaraq cavab prosedurlarını da aktivləşdirir”. Toyuqlu pizza

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı bildirib: “Hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir”.

Onun sözlərinə görə, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!