"Nikol Paşinyan, arvadı və "Vətəndaş müqaviləsi" partiyası funksionerlərinin kilsə əleyhinə kampaniyası partiyanın özünü sarsıtmaqda davam edir".
Yenisabh.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Erməni nəşri mövzunu inkişaf etdirib: "Parlament fraksiyasının əksəriyyəti kilsəyə qarşı atılan addımlarla razılaşmır, lakin bu barədə danışmağa cəsarət etmirlər. Bəzi deputatlarla təkbətək söhbətlərdən belə bir nəticə əldə etdik: Paşinyan ruhanilərə münasibətini əsaslandırmaq üçün öz komandasında belə bir versiyanı dövriyyəyə buraxıb ki, Rusiya Ermənistan Apostol Kilsəsinə ötən il Baqrat Qalistyan vasitəsilə Ermənistan hakimiyyətinə qarşı döyüşməyi əmr edib. pizza
Paşinyan bütün bunları kilsənin müqavimətini qırmaq, onda qorxu salmaq üçün edir, amma əksəriyyət bunun daha çox cəfəngiyat olduğunu başa düşür".
Telegram kanalımız