Paşinyan: Kommunikasiyalara dair Bakıya konkret təkliflər verilib

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: Kommunikasiyalara dair Bakıya konkret təkliflər verilib

Dünya

26 May 2025 11:58 223


“Sülh kəsişməsi” Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkan verəcək.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın paytaxtında keçirilən "Yerevan dialoqu"nun açılışında baş naziri Nikol Paşinyan deyib.

O xatırladıb ki, təşəbbüs ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq kimi mühüm prinsiplərə əsaslanır. pizza sifarişi

Paşinyanın sözlərinə görə, bu, qlobal böhranların aradan qaldırılması üçün mühüm layihədir, çünki Azərbaycan və Türkiyə ilə yollar açılanda Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkanlar verəcək.

Baş nazir qeyd edib ki, hazırda müzakirələr aparılır və Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili ilə bağlı Azərbaycana konkret təkliflər verilib:

"Ermənistan Respublikasında “qərbi Azərbaycan” yoxdur və ola da bilməz – Qərbi Azərbaycan Azərbaycanın qərb rayonlarıdır. Onun ərazisindən kənarda Qərbi Azərbaycan ola bilməz; bu cür müzakirələr bizim üçün qəbuledilməzdir".

Paşinyan deyib: “Bəzi beynəlxalq tərəfdaşlar Ermənistanın kommunikasiyaları açmağa hazır olmadığı təəssüratı yaratmağa çalışırlar”.

O bunun belə olmadığını və Ermənistanın Azərbaycanın tranzit imkanları yaratmasını gözlədiyini bildirib.

"Sülh gündəminə sadiqik, vəziyyəti və region xalqlarının taleyini kökündən dəyişdirəcək saziş və digər sənədlərin imzalanmasına necə nail olmaq üçün Azərbaycanla məsləhətləşmələri davam etdirməyə hazırıq. Əlimizdən gələni edəcəyik, əlbəttə, orada qeyd olunan prinsiplərə hörmətlə yanaşılacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!