YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Paşinyan KTMT missiyasının ilkin nəticələri ilə məlumatlandırıldı

Paşinyan KTMT missiyasının ilkin nəticələri ilə məlumatlandırıldı

Bölgə

29 Sentyabr 2022 17:35 736


Sentyabrın 29-da KTMT-nin baş katibi Stanislav Zas təşkilatın Ermənistandakı missiyası çərçivəsində İrəvanda bu ölkənin baş naziri, KTMT Kollektiv Təhlükəsizlik Şurasının sədri Nikol Paşinyanla görüşüb.

Yenisabah.az xəbər verir ki, Zas Paşinyana KTMT Missiyasının işinin ilkin nəticələri barədə məlumat verib, tərəflər onun işini və regiondakı mövcud vəziyyəti ətraflı müzakirə ediblər.

Baş katibin rəhbərlik etdiyi KTMT missiyası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il sentyabrın 13-də keçirilmiş fövqəladə iclasının qərarına əsasən Ermənistana göndərilib. Missiyanın tərkibinə Təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxil idi.

KTMT Missiyasına Ermənistan Respublikasının bəzi sərhədyanı rayonlarında vəziyyətin monitorinqi və öyrənilməsi və gələcək tədbirlər üçün təkliflərin hazırlanması tapşırılıb. Missiyanın işinin nəticələrinə əsasən, KTMT-yə üzv dövlətlərin başçılarına regiondakı vəziyyət və vəziyyətin normallaşdırılması ilə bağlı təkliflər barədə hesabat hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!